Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DÖŞƏMƏK

f 1. Salmaq, sərmək, bir şeylə üstünü örtmək. [Cahangir bəy:] İldırım, sən də yapıncıları döşə yerə... N.Vəzirov. Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş ağ süfrə döşədi. Ə.Vəliyev.
// Yerə xalça, palaz, həsir və s. salmaq. Evi döşəmək. Otağı döşəmək. - ..Onlar da durub, mənim yanımda şeylərini açıb evi döşəməyə başladılar. M.S.Ordubadi. Həyətdə toyxana tikib, xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb toyxananı döşərlər. R.Əfəndiyev.
// Qoymaq. Rüxsarə cavab vermədən çarpayıya yaxınlaşıb bankaları bir-bir Sübhanverdizadənin kürəyinin o biriyarısına döşədi. S.Rəhimov.
məc. dan. Vurmaq, döymək, çəkmək. Fərraş sağa-sola çubuqdan döşəyirdi. Çəmənzəminli.
məc. dan. Bərk tənqid etmək. Müşavirədə ona yaman döşədilər. İ.Əfəndiyev.
məc. dan. Demək, söyləmək (düşünmədən, flkirləşmədən), danlamaq. Ağzına gələni döşəmək. - Məşədi Qulam məlumat vermək istəyən Cavahirin sözünü kəsib, döşəməyə başladı. T.Ş.Simurq.
// Çox danışmaq, usandıracaq dərəcədə danışmaq, durmadan danışmaq (bəzən “cəmdəyinə”, “qabırğasına” sözləri ilə). [Bürcəliyev:] Bu qoca bizə leksiya açıb, hey döşəyir. S.Rəhimov.
məc. vulq. Acgözlüklə, iştaha ilə, doyunca yemək. Xanım gündə üç yol plov döşəyir. Çoban Əfqan.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....