Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DÖŞƏK

is. Davamlı parçadan hazırlanmış və üzərində yatmaq üçün içərisi yun, pambıq və s. yumşaq şeylə doldurulmuş uzun yastı kisə. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi. A.Divanbəyoğlu.
// Döşəkcə. [Xudayar bəy] çox təəccüb elədi ki, haman gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. C.Məmmədquluzadə. Arvad kişini götürüb pəncərənin qabağında döşəyin üstə oturtdu. Çəmənzəminli. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq.
□□ Döşəkdə yatmaq məc. - xəstə olmaq, xəstələnmək. İmamverdi baba döşəkdə yatırdı, azardan çox zəif düşmüşdü. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....