Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÖNMƏK
f. 1. Getdiyi, ya durduğu tərəfin əksinə çevrilmək. Sağa dön! - Atlı.. bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn.
// İstiqamətini dəyişmək, başqa tərəfə yönəlmək. Küçəni dönərkən bir Çin polisi onun qabağını aldı. S.S.Axundov.
// “Dönüb”, “dönərək” şəklində - 1) Başını, üzünü çevirərək. Yeriyəndə dönüb dalı baxmağı; Ahunun balası səndən öyrənib. Q.Zakir. Şirzad dönüb Qoşatxanı gördükdə tələsik ona tərəf getdi, əl verdi, salamlaşdı. M.İbrahimov. Tofiq dönüb marığa sarı baxdı ki, quşun necə olduğunu Elçindən öyrənsin. M.Rzaquluzadə; 2) qayıdaraq, cavab olaraq, cavabında. Dönüb belə dedi...
Qayıtmaq, geri qayıtmaq. Gedib axşam dönəcəyəm. Şəhərdən dönmək. Yoldan dönmək (yarı yoldan qayıtmaq). - Köç dönəndə axsaq keçi qabağa düşər. (Ata. sözü.). Bir gün Qərənfillə Bahadır yenə adi qayda üzrə bir yerdə evə dönürdülər. S.Rəhman.
Sözünü, vədini, qərarını pozmaq, sözündən qaçmaq. Sözündən dönmək. Əhdindən dönmək. Qərarından dönmək.
// İmtina etmək, əl çəkmək, üz döndərmək, vəfasızlıq etmək, dönüklük etmək. Əqidəsindən dönmək. Məsləkindən dönmək. - Mirzə Valeh dediyindən dönmədi. S.Rəhimov.
...halına düşmək, ...şəklini almaq. Axşam oldu, boz buludlar; Döndü vulkanlı dağlara.. H.Cavid. Keçmişin taleyi sönmüş bu gecə; İşçilər aslana dönmüş bu gecə. M.Müşfiq.
// Çevrilmək. Aşıq azadə gərəkdir ki, dönər zindanə; Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani. Dostun firqətindən, yar həsrətindən; Bahar mənə zimistanə dönübdü. Aşıq Ələsgər. Mən bu vətən torpağını tanıyıram, ona insan əli toxunan kimi o, təzədən bir cənnətə dönəcəkdir. Ə.Məmmədxanlı.
// Keyfiyyəti dəyişmək, başqa keyfiyyət almaq. Şərab ağzıaçıq qalanda turşuyub sirkə olur və sirkə açıq qalanda dönüb su olur. H.Zərdabi. Əriyib suya dönərsən; Axıb çaya gedərsən. M.Ə.Sabir. Ağır tanklar külə döndü, sovrularaq havaya. Ə.Cəmil.
// Ümumiyyətlə, dəyişmək, başqalaşmaq, pisləşmək. [Məşədi Cəfər:] ..Ruzgar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Ə.Haqverdiyev.
Dövr etmək, fırlanmaq, hərlənmək. Təkər öz oxu üzərində dönür. - [Oynayanlar] bir-birinin ardınca ikibir, üçbir əl-ələ tutaraq foyenin ortasındakı orkestrin ətrafına dönürdülər. S.Hüseyn. Qatarın çarxları durmadan dönür; İşıqlar görünmür, işıqlar sönür. N.Rəflbəyli.
Yıxılmaq, çevrilmək, aşmaq. Üzü üstə dönmək.
Oxşamaq, bənzəmək. Lap uşağa dönmüsən. İncəlib qıla dönmək (çox arıqlamaq).
Ötmək, keçmək. Sən görən əyyami-güzəştə hanı? Döndü zəmanə, fələkin dövranı. Aşıq Pəri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....