Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DÖNGƏ
is. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri. [Avtomobil] ..gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. C.Məmmədquluzadə. ..Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb oxu və çarxı sındı. S.S.Axundov.
// Əsas küçədən ayrılan kiçik, dar küçə. Əyri döngələrdə, dar küçələrdə; Səs-səmir kəsilir, adam azalır. R.Rza. ..Döngələrin birində [Səriyyə xala və uşaqları] qaynar bir izdihamın içinə düşdülər. M.İbrahimov.
// Küçənin tini. Qarı isə məscidyanında durub, oğlu döngə başında gözdən itincəyə qədər onun ardınca baxdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....