Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DONQULDANMAQ
f 1. Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. ..O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov. Allahqulu donquldana-donquldana (z.) qapıdan çıxdı. Çəmənzəminli.
// məc. kin. Ala-babat, pis danışmaq mənasında. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar.. firəngcə donquldanacaqlar. M.Arif.
2. Heyvanlar haqqında: hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. Qaraca qız özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....