Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DOLU2
is. Havada donub tökülən yağmur dənələri. Dolu yağmaq. - Gah dolu tökür, gah gurşad yağır, sel-su bir-birinə qarışır. S.Rəhimov. Əvvəl xırda, get-gedə iriləşən dolu yağdı. M.Rzaquluzadə.
□ Dolu vurmaq, dolu döymək - dolunun zərbindən xarab olmaq, məhv olmaq. Əkinləri dolu vurdu.
[Qoca:] Bağ-bostanı vurdu dolu; Bağlanmışdır həyat yolu. A.Şaiq. Dolu kimi
1) çox şiddətli və iri damcılarla yağan yağış haqqında; 2) məc. çoxluq, şiddət bildirir. Alnından dolu kimi tər axır. - ..Zeynəb .. o tərəf-bu tərəfə qaçıb qışqırırdı və dağlardan da rəhmsiz quldurların güllələri onun üstünə dolu kimi yağırdı. S.S.Axundov. ..Almaz kimi parıldayan gözlərindən dolu kimi yaş tökülürdü. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....