Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DOLAŞIQ

sif. 1. Dolaşmış halda olan, pırtlaşıq, bir-birinə dolaşmış, bir-birinə qarışmış, bir-birinin içinə keçmiş. Dolaşıq ip (sap). Dolaşıq saç.
Düz getməyən, əyri-üyrü, dolanbac. Dolaşıq yol. Dolaşıq küçə.
// məc. Çətinliklərlə, maneələrlə dolu; ağır. [Züleyxa] ..həyatın dolaşıq yollarına ayaq basmamışdı. M.İbrahimov.
Anlaşılmayan, aydın olmayan, qarışıq. Dolaşıq ifadə. Dolaşıq cümlə. - ..Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım, hərc-mərc gözlərim ulduzlarda, bir müddət yata bilmədim. A.Divanbəyoğlu.
Çox mürəkkəb, aydın olmayan, bəlli olmayan, həlli çətin olan. Dolaşıq məsələ.
// İs. mənasında. Aydın olmayan vəziyyət, qarışıq vəziyyət, çətin vəziyyət, iş və s. Bir dolaşığım var, düzəldə bilmirəm. - Yox, Şamo! İndiki dolaşıqda onların içinə girməyi bacarmaq, onlara cürətlə hərəkət etməyi başa salmaq lazımdır.. S.Rəhimov.
□□ Dolaşığa düşmək - çətinə düşmək. Dolaşıq düşmək - dolaşmaq. Hatəm dayı.. təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal. Dolaşıq salmaq
dolaşdırmaq, ayıra bilməmək. Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....