Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DOLAŞDIRMAQ
f. 1. Dolaşıq salmaq, qarışdırmaq; pırtlaşdırmaq. İpi (sapı) dolaşdırmaq.
Bağlamaq, düymək, dolamaq, bənd etmək, ilişdirmək. Atın noxtasını ağaca dolaşdırmaq.
məc. Hiylə qurub birini bədbəxt etmək, yaxud məsuliyyətə cəlb olunmaq üçün pis bir işə cəlb etmək, şər və böhtan ataraq təqsirləndirilməsinə səbəb olmaq. [İbrahim bəy:] Bir kərbəlayı Qulam var, əlləm-qəlləm, .. hacını yaman dolaşdırıb. N.Vəzirov. [Namaz:] Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Ə.Haqverdiyev. ..Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum.. Məni nahaq yerə dolaşdırdılar; durmadım, itkin düşdüm. A.Divanbəyoğlu.
□ Özünü dolaşdırmaq - özü bilmədən, yaxud bilərəkdən nəticəsi bəlli olmayan bir işdə iştirak etmək. [Məşədi Həsən:] Bilsə idim, əslən özümü dolaşdırmaz idim. Ə.Haqverdiyev.
Çaşdırmaq, karıxdırmaq, düz yoldan sapdırmaq, sözü döndərib azdırmaq. Ortaya söz atıb bizi dolaşdırma. - Dolaşdırdı bizi ancaq kəc qəza; Gəldi başımıza böyük bir xəta. H.K.Sanılı.
Məntiqi əlaqəni itirərək, faktları qarışdıraraq söyləmək, mətləbi çaşbaş salmaq; karıxmaq. Sözünü dolaşdırmaq.
// Qəsdən anlaşılmaz, dolaşıq hala salmaq. Cinayətdə vaxt uzatmaq başlıca şərtlərdən birisidir. Vaxt uzandıqca cani işləri dolaşdırar.. S.Rəhimov.
Güllələri dalbadal, müntəzəm xəzinəyə verməmək, ilişdirmək. Bu tüfəng həmişə dolaşdırır.
Gəzdirmək. Məhəmmədhəsən ağa düşündü, təkrar Vaqifin üzünə baxdı. Lakin Vaqijin üzünü görmürdü, düşüncə və əndişələr onu başqa bir aləmdə dolaşdırırdı. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....