Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DOLANDIRMAQ
f 1. Hərləndirmək, fırlandırmaq, aylandırmaq, dövr etdirmək. Çarxı dolandırmaq. - O əllər .. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür! Ə.Əbülhəsən.
// Gəzdirmək. Uşağı apar, bağda dolandır, gətir. - Qurbanəli bəyin nökəri kəhər atın cilovundan yapışıb, bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə.
// Döndərmək, çevirmək. Üzünü dolandırıb mənə dedi..
□ Gözünü (gözlərini) dolandırmaq - b ax göz.
dan. İdarə etmək. Ölkəni dolandırmaq. İşləri dolandırmaq. - Onu göndərdilər ki, azarlamış müəllimin yerini birtəhər dolandırsın.. Ü.Hacıbəyov.
// Yola vermək. Onu birtəhər dolandır.
Dolanacağını təmin etmək, saxlamaq. Ailəni dolandırmaq. - Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif ”. [Duma] ərindən sonra özündən başqa Fərmanı da dolandırmalı olmuşdu. Ə.Sadıq.
məc. Aldatmaq, başmı tovlamaq. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn.
□□ Baş(ını) dolandırmaq - bax baş. Başda dolandırmaq - b ax baş.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....