Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DOLANACAQ
is. Yaşama şəraiti; güzəran, məişət, keçinəcək, yaşayış. Mirzə Fətəli komediyalarında hər nə yazıbsa, dolanacağımızın eynindən və məişətimizin özvaiəhvalından götürübdür. F.Köçərli. Ancaq anam Allah rəhmətinə getdikdən sonra, doğrusu ki, dolanacaq mənim üçün çox çətin olmuşdu. B.Talıblı.
// Həyat, həyat şəraiti, həyat tərzi, yaşayış üsulu, yaşamaq qaydası. [Əsgər:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun?.. Ü.Hacıbəyov. Arabaçımız xoşsöhbət idi. Yol uzunu hər bir bildiyi şeydən danışırdı. Danışdıqlarının çoxu kənd dolanacağına və təsərrüfatına aid idi. T.Ş.Simurq.
// Yaşamaq üçün vəsait, mənbə. Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev. Quldurlarla vuruşandan bir ay sonra
Hümmətyar dolanacaq üçün Bakıya gedir. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....