Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DOLAB1
is. Evin divarında düzəldilən rəf, şkaf. Dolabın qarşısında bir boşqabın qırıqları görünürdü. S.Hüseyn. [Fatma arvad] gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır. Mir Cəlal.
// Ümumiyyətlə, şkaf. Mən [xarratı] kitab dolabımı təmir etmək üçün çağırmışdım. T.Ş.Simurq.
// Qəfəsə. Dükanın dolabları malla doludur. - [Student] birdən-birə ev sahiblərinin qonaq otaqlarında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla