Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DOĞRULMAQ

f 1. Düzəlmək, dikəlmək, düz durmaq, dik qalxmaq. Otel sahibi gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, o, dəhlizin divarına dəyib doğruldu. M.S.Ordubadi. Bir nəfər yoldaşı ilə yükü yerbəyer edən gödək, yoğun və çevik bir fəhlə Qüdrəti görüb doğruldu. M.Hüseyn.
// Qalxmaq, ayağa durmaq. Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üzgözünü turşutdu. M.Hüseyn.
Yönəlmək, istiqamət almaq, bir tərəfə üz tutub getmək. Evə tərəf doğrulub getdi.
Həqiqət olmaq, düz çıxmaq, gerçəkləşmək, həyata keçmək. Ümidlərim doğrulmadı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....