Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DOĞMA
1. “Doğmaq”dan f.is.
sif. Eyni ata və anadan olmuş, bir qarından çıxmış. Doğma qardaş. - ..Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə.
// Ögey olmayan. Doğma bala. Doğma ata (ana). - Səhərisi gün Budaq doğma dayısını tapdı və 1921-ci ilə kimi onun yanında qaldı. Ə.Vəliyev.
sif. Anadan olduğu, doğulduğu, meydana gəldiyi, həyata gəldiyi (yer və s.). İndi [müəllim] xatırlayırdı ki, şəhərdə nə üçün darıxırdı. Ora ki özünün doğma yurdu idi. S.Hüseyn. Gəlir vətən oğlu doğma diyara. M.Rahim.
□ Doğma dil - ana dili. [Əmir Safiyə xatuna:] Çünki ərəbcə şeirlər sənin doğma dilində deyildir. M.S.Ordubadi.
sif. Ən yaxın, ən əziz, ən mehriban, sevimli. Silsilə dağlarda axan sellərin; Doğma bir oğluyam, doğma şairi. A.Şaiq. Doğma şirin nəğmələrini; Dəyişmərəm bu dünyanın dövlətinə, malına. N.Rəfibəyli. O qoxlayır Reyhanının; İsti doğma nəfəsini. M.Dilbazi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....