Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DODAQALTI

zərf 1. Yavaşcadan, pəsdən, öz-özünə. Yalnız Mina ilə Xədicə arabir dodaqaltı söylənir, bu qərardan məmnun olmadıqlarını bildirirdi. A.Şaiq. Dodaqaltı segah deyən qoca bənnalar; Sal daşlardan təməl qoyur, divar hörürdü. Ə.Cəmil.
2. İstehza ilə. Dodaqaltı gülmək nədir, söylə, ya? M.Ə.Sabir. [Altıaylıq] dodaqaltı gülə-gülə əlini döşünə qoyub camaata baş əyərdi. H.Sarabski.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....