Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
DİVANXANA
is. [fars.] köhn. 1. Bolşevik inqilabından əvvəl: yerlərdə olan inzibati hökumət idarələrinə verilən ümumi ad.
// Bu idarələrin yerləşdiyi bina. Bunların çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan onları divanxana qabağına toplayıblar. F.Köçərli.
Məhkəmə və onun yerləşdiyi bina. [Hacı Fərəc:] Divanxanalarda bütün məmurları təngə gətirmişəm. N.Vəzirov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.
tar. Şərq ölkələrində: padşah saraylarında rəsmi qəbul otağı. Fəxrəddin və Ələddin baş endirib Toğrulun divanxana otağından çıxdılar. M.S.Ordubadi. Şərq ölkələrində saray səciyyəli yaşayış binalarının rəsmi qəbul hissəsi divanxana adlanır. Ə.Salamzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....