Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

DİRİLİK

is. 1. Diri, canlı cismin halı, diri halda olma; sağlıq. Ölü öldü, diriyə dirilik gərək. (Ata. sözü).
// Varlıq, mövcudluq, var olma, mövcud olma. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.
Həyat, yaşayış, güzəran. [Səfdərqulu:] ..Allah kəssin belə diriliyi, belə günü! N.Vəzirov. Şəhərin gurultulu yaşayışından sonra kəndə məxsus asudə, səssiz bir diriliyə adət eləmədiyimdən bir növ darıxırdım. T.Ş.Simurq.
□ Dirilik etmək - yaşamaq, həyat sürmək. Əziz balalar!.. Bütün mikroblar havada, yerdə və suda dirilik edirlər. N.Nərimanov. Dirilik suyu (çeşməsi, bulağı) şair. - bax abi-həyat (“ab”da). Dirilik suyu harda idi ki, Xızr içəydi, diri qalaydı. M.F.Axundzadə. Sənin gözlərinmi gənclik bağında; Yoxsa nərgizlərin sayrışıb oynar; Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün dirilik çeşməsi oynar. M.Müşfiq. Gözəl həyat, gözəl günə; Taleyini qurtarana Xızır dedi; Çox aradı diriliyin bulağını. R.Rza. Dirilik vermək - həyat vermək, ruh vermək, yaşatmaq, can vermək. Hər bir şeyə dirilik və zinət verən məhəbbətdir. F.Köçərli.
məc. Var-yox, həyat mənbəyi. Onun diriliyi yalnız iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o, rəncbərlik etməyə məcbur olurdu. A.Şaiq.
məc. Canlılıq, coşqunluq, həyat əlaməti. Budəfəki səsində bir dirilik, bir ümid əsəri vardı. A.Şaiq. Mən bu qadını bir az tanıyırdım. ..Yanaqlarında .. bir qırmızılıq, gözlərində bir dirilik mövcud idi. S.Hüseyn.
Sərtlik, codluq. Düyünün diriliyi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....