Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇÜRÜMƏK

f. 1. Mikroorqanizmlərin təsiri altında pozulub xarab olmaq. Taxta çürüdü. Meyvələr yağışdan çürümüşdür. - [Qərənfilin] də yarı canı qalıb südün yanında ki, südü bişirmədim, çürüyəcək. Ə.Vəliyev. Ayaq üstündə çürümüş (f.sif.) iri ağacın yıxılmasına bənzər küt bir xırıltı eşidildi. B.Bayramov.
2. məc. Pozulub dağılmağa başlamaq; pozulmaq, məhv olmaq, məhvə məhkum olmaq. Çünki İran əks-inqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi. “Molla Nəsrəddin” çürümüş, köhnə, yaramaz, üfunət saçan həyat və ictimai əlaqələrin hərtərəfli və öldürücü tənqidçisidir. M.İbrahimov.
// məc. Məhv olmaq, yıpranmaq. Dərdli Kərəm bu yollarda çürüyə; Yolçunu yolundan eylər bu gəlin! “Əsli və Kərəm”. Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. N.Nərimanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....