Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇUVAL

is. 1. Böyük kisə, xaral. Bayram oldu, heç bilmirəm neyləyim: Bizim evdə dolu çuval da yoxdur. M.P.Vaqif. Qızlar sabah tezdən .. pambıqları yığacaq, çuval və xarallara doldurub təhvil verəcəklərdi. Ə.Vəliyev.
2. Saylardan sonra gələrək çuval tutan miqdarı bildirir. Yarım çuval buğda. - [Qurban Telliyə:] Hər ağac altından üç-dörd çuval əzik-üzük alma yığmışıq. Ə.Məmmədxanlı.
çuval-çuval sif Çuvallar dolusu; çuvallarla; çoxlu. [Xortdan:] Bir yanda çuval-çuval buğda qoyulub, bir yanda yağ, pendir.. Ə.Haqverdiyev. Əllaflar çuval-çuval arpa, buğda və saman alıb, arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....