Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇÖKMƏK
f. 1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür.
// Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan toz, qum və s.).
Çömbəlib birdən-birə oturmaq. Yerə çökmək. Dizi üstə çökmək. - İmamverdi baba kürsüyə çöküb, başıaşağı xeyli fikrə getdi. S.S.Axundov. [Xan] sərsəm kimi, ayaqları dolaşa-dolaşa divar dibinə qədər yeriyib oradakı döşəklərin üstünə çökdü. M.Rzaquluzadə.
Çulğalamaq, qaplamaq, bürümək, yayılıb tutmaq, basmaq. Dağlara, dərələrə duman çökdü.
// Məc. mənada. Ürəyinə kədər çökmək. - İmran kişi aralığa çökmüş (f.sif.) ağır və cansıxan sükutun xeyli uzandığını görüb, idarə heyəti üzvlərinə ayrı-ayrılıqda müraciət elədi. M.Hüseyn. Çökdü gözlərinə bir qatı zülmət; Qırılıb yanına düşdü əlləri. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....