Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇOVĞUNLU
sif 1. Küləkli, qar və ya yağışlı; boranlı. Çovğunlu gecə. - Rizvan belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən qonşusunun da öküzlərini aldı. S.Hüseyn. ..Qış fəslinin çovğunlu günlərindən biri idi. Y.Əzimzadə.
2. məc. Hadisələrlə dolu, həyəcanla dolu, gurultulu, kəşməkəşli. Yaxşı bax, dünyanın başından keçən; Tufanlı, çovğunlu qərinələrə! S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....