Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇOPUR

is. Çiçək xəstəliyindən üzdə qalan kələ-kötür, nahamarlıq, dəlmə-deşik. Gülbadamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi, çünki onun böyük, ala, uzunkirpikli gözləri üzünün tamam eybini örtürdü. N.Nərimanov.
// Sifətində belə kələ-kötür, dəlmə-deşik olan adam. [Kərbəlayı Nəbi:] Dünyanın çopuru elə mənə qalmışdı. S.S.Axundov.
// Sif. mənasında. [Bağban:] Piltəbığ adamdı, bir az çopurdu; Üzünə baxanda bağrım qopurdu. S.Rüstəm. Rota komandiri gəlib çıxdı. Bu, boyca gödək, çopur, gursəsli Zaman idi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....