Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇİRKİNLİK

is. 1. Kifirlik, eybəcərlik; çirkin adamın, şeyin və s.-nin halı. [Sevda:] Çirkinliyim etdirməsin ikrah; Könlüm səni öpmək dilər.. H.Cavid. Hacı Tağı Allahqulunu şirnikdirmək üçün ərə getmək vaxtı çoxdan keçmiş, çirkinlikdə özünə oxşayan təkcə qızını da [nökərə] verməyi vəd etmişdi. Ə.Əbülhəsən.
2. məc. Yaramazlıq, alçaqlıq, pislik, rəzillik. [Xosrov:] Nə üçün bu bədbəxt məmləkətdə olan bütün çirkinlikləri mənə göstərdin? A.Şaiq. [Qaraş] inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

swf
swf
Bağla
.....