Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇİNƏDAN
is. [fars.] Quşlarda, həşəratlarda və molyusklarda qidanın toplanması üçün qida borusunun yoğun hissəsi. [Qızılquş] öz balalarını ilk vaxtlarda çinədanında yumşaltdığı ətlə, sonralar kiçik quşlarla yemləyir. “Zoologiya”.
□□ Çinədanı dolu olmaq - deməyə çox sözü olmaq, ürəyi sözlə dolu olmaq. Çinədanına yığmaq - eşitdiyi söhbəti yadında saxlamaq. Şəmsi qulağını şəkləyib, deyilənləri bir-bir çinədanına yığırdı. M.Süleymanov. Çinədanını boşaltmaq - ürəyindəki sözü demək, danışmaq. [Fəridə Fərəcə:] Yox, sən də çinədanını boşalt. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....