Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇİMMƏK
f Yuyunmaq. Vannada çimmək.
[Məşədi İbad:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov.
// Sərinlənmək, yuyunmaq və b. məqsədlə suya girmək. Çayda çimmək. - Dənizdə bir qız çimdi; Saçı qara, özü gözəl. N.Rəfibəyli.
// Obrazlı təşbehlərdə. Şam meşələri dalından yenicə çıxmış Ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. M.S.Ordubadi. Ay çimirdi sularda, hava sakit, hava xay; Nədənsə lal axırdı Amudərya - dəli çay. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla