Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇİM2
əd. dan. 1. Xalis, qatışığı olmayan və ya çox az olan. Qərənfl xala Camal əmiyə dörd iri fətir uzadaraq: - Bunları tək-tək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. Ə.Vəliyev.
2. Başdan-başa, büsbütün. Xörək çim yağdır. Bu, ət deyil, çim piydir. - Dəyirmançı baxdı, gördü, bu bir qızdı Allah-taala xoş gündə, xoş saatda yaradıb. Özü də çim qızılın içində. (Nağıl). [Nəcəf və Əliqulu] evə qayıtdıqları zaman hər ikisi çim su içində idi. Q.İlkin.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....