Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇIRTLAMAQ

f. 1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq. Tum çırtlamaq.
Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq. [Yazgül:] Bizim yerdə bir yazda - gül çırtlayanda, bir də payızda qoz çatlayanda bərk külək əsir. Ə.Məmmədxanlı. Güllərin üstü qoza ilə doludur, bəzi qozalar artıq çırtlayıb yarılır. (Qəzetlərdən).
// Göyərməyə, bitməyə başlamaq. Toxum çırtladı.
məc. Yenicə doğmaq, çıxmaq (Günəş haqqında). Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. M.İbrahimov. [Səttar:] Əşi, yuxudan oyanıb gözümüzü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....