Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇIRPMAQ

f 1. Tozunu almaq və ya başqa məqsədlə ağac və ya əllə vurmaq, döyəcləmək, silkələmək. Yun çırpmaq. Xalçanı çırpmaq. - Dəllək fitəni götürüb artırmada çırpmağa başladı, yenə bir-iki məsəl çəkmək istədi. Çəmənzəminli. Gəldiyev qapıda üst-başını çırpır, papağını düzəldirdi. Mir Cəlal.
Şiddətlə vurmaq, çarpmaq, yıxmaq. Pası əl-ayağını uzadır və özünü yerə çırpırdı. S.Rəhimov. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yenə döşəkcəyə çırpdı. Mir Cəlal.
// Hirslə atmaq, tullamaq, çarpmaq, vurmaq. İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayır papiros eşməyə. Məmmədquluzadə. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı. S.Hüseyn.
Çarpdırmaq, vurmaq. Xəzri yeli axşamdan hirslə qalxıb, Bakı küçələrinin toztorpağını daşa-divara çırpırdı. S.Qənizadə. Axırda sel [Qaraca qızla Yasəməni] bir böyük daşa çırpdı. S.S.Axundov.
// Şiddətlə vurmaq, ilişdirmək, zərbə endirmək. Lal Hüseyn şallağı qapdı, [Rüstəm kişinin] başına-başına çırpdı. M.İbrahimov. Çoban [düşmənə] qalxmağa fürsət verməyib çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub irəli şığıdı. M.Rzaquluzadə.
Tez-tez vurmaq, döyünmək (“qəlbi”, “ürəyi” sözləri ilə). [Araz] Vanyuşanı görüncə başı dumanlandı, qəlbi şiddətlə çırpmağa başladı. A.Şaiq. Bu zaman bizim qəlbimiz daha həyəcanla çırpır. M.İbrahimov.
Tut, qaysı və bəzi başqa meyvələri ağacın budaqlarını bir şeylə vurmaq və ya əllə tərpətməklə yerə tökmək. [Xanqulu] ağasının həyətində kələm əkir, göyərti becərir, tut ağaclarını çırpır, tutundan sirkə qayırırdı. Çəmənzəminli.
Bax çırpışdırmaq. [Xortdan:] Görəsən, varislərindən nə qədər çırpıbdır. Ə.Haqverdiyev.
Bişirmək üçün yumurtanı sındırıb içindəkini qaba tökmək. Küküyə üç dənə yumurta çırpmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....