Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇIRPILMAQ
məch. 1. Bir şeylə vurularaq tozu çıxarılmaq (yorğan-döşək, geyim, xalça-palaz və s. haqqında). İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək olurdu. Mir Cəlal. Döşəklərin yunu çırpılır, didilir və təzədən salınır. Ə.Abasov.
Bərk səslə örtülmək. Birdən qapı çırpıldı bərk; Qız diksindi bu zaman. Ə.Cəmil. Hümmət cavab verincəyə qədər qapı çırpıldı. B.Bayramov.
Şappıltı ilə yerə dəymək: yıxılmaq. Gülüş [Məmişi] otağın içində hərlədi, hıçqırahıçqıra qovladı, birdən sürüşüb üzüüstə döşəməyə çırpıldı. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla