Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇIRAQ
is. [fars.] Hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər, lampoçka və s.). [Molla:] Ay filankəs, gecənin bu vaxtında əlində çıraq orada nə gəzirsən? “M.N.lətif.”. [Yaşlı kişi:] Elektrik çıraqlarının keçirilməsi məni özümə gətirdi. S.Hüseyn. Küncdə yerə qoyulmuş çırağın piltəsi aşağı düşdüyündən sönük, sarı işığı alaçığı işıqlandıra bilmirdi. M.İbrahimov.
// məc. İşıq, ziya, nur mənasında. Tutdu Yer üzünü ürfan çırağı; Nura qərq elədi qonşu torpağı. M.Rahim. Onun ümid çırağıyla; Arayırdıq yolumuzu. R.Rza.
□□ Çıragı sönmək məc. - sonu çatmaq, məhv olmaq. Aradan keçdi illər; Çarın söndü çırağı. Ə.Cavad. Faşizmin çırağı sönərkən bir gün; Qol-boyun olaraq öpüşərik biz. S.Rüstəm. Çırağını yandıran - işini, nəslini davam etdirən. [Ziyad xan:] Öləndən sonra bizim çırağımızı yandıran olmayacaq. “Əsli və Kərəm”. Çıraq yanan vaxt - hava qaralan vaxt, axşamüstü. [Şəhrəbanu xanım:] Xülasə, axşam çıraq yanan vaxtda Məstəli şah gərək bizim evdə hazır olsun. M.F.Axundzadə. Çıraq sönən vaxt - yatmaq vaxtı, adamlar yatan vaxt. Çıraqla axtarsan, tapa bilməzsən - çox çətin tapılan, az ələ düşən şey haqqında. [Rüstəm bəy:] [Məşədi İbadın] hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraqla axtarsan, tapa bilməzsən. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....