Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇILPAQ
sif. 1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan. Çılpaq uşaq. Çılpaq bədən. - Bu qızlar təqribən tamamilə çılpaq idi(lər), onların önə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi. M.S.Ordubadi.
// Açıq olan, geyimlə örtülməmiş. Zəhərli bir ilan atılıb, Zəhra xalanın çılpaq qolundan sancdı. S.S.Axundov. Fəhlələrin kəmər yerinə qədər çılpaq, tərli bədənləri mis rənginə çalırdı. M.Hüseyn.
// Zərf mənasında. Əynində heç bir şey olmadığı halda; lüt, paltarsız. Çılpaq yatmaq. Çılpaq olmaq.
Yəhərsiz, palansız, çulsuz. Səməndər çılpaq atın belinə atıldı, alt tərəfdən sürdü, Nərgizə yanaşdı. B.Bayramov.
məc. Bitkisiz. Çılpaq səhra. - [Gülüş Atakişiyə:] Sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaqsan. C.Cabbarlı. Bir-birinə söykənib yastı, çılpaq təpələr; Ətəyi kollu-koslu, zirvəsi ağ təpələr. Vahabzadə.
Yarpağı olmayan, yarpağı tökülmüş; yarpaqsız. Çılpaq kol. - Hava yavaş-yavaş işıqlanırdı, torağaylar uçuşub yeni-yeni puçurlanan ağacların çılpaq budaqlarına qonurdu. M.Hüseyn. Yonca baxdı palıda; Gördü çılpaqdır tamam. B.Vahabzadə.
məc. Yoxsul, paltarsız, üst-başı tökülmüş. Zeynəb qaldı ac, çılpaq və sahibsiz. Məmmədquluzadə. [Səlimi İsfahaniyə:] Bəs sizin insafinız necə qəbul edir ki, İranın xırda-boyük bütün şəhərlərində gündən-günə işsizlərin, ac və çılpaqların (is.) sayı artır?! M.İbrahimov.
məc. Əlavəsiz, artırmasız, necə var elə. Qaçay müqəddiməsiz başladı və bir növ sualları çılpaq (z.) verdi. Ə.Vəliyev. Ər isə .. gözləyirdi ki, arvadı fikrini çılpaq və qəti surətdə ortaya atsın. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....