Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇIĞIRMAQ
f 1. Bərk qışqırmaq, bağırmaq. Nə üçün çığırırsan? Çığırmaqdan səsi batdı. - Atalar doğru deyib: - Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Ə.Vəliyev.
// Çığıra-çığıra demək, bərk səslə demək. Polad çığırdı ki: - Mən bu dünyada; Yaşadım namusla, vicdanla ancaq. M.Rahim.
Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq. Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. M.S.Ordubadi. O biri otaqda yatmaqda olan Ruqiyyə xanımın körpəsi yuxudan ayılıb çığırmağa başladı. S.Hüseyn.
// Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında). Atlar daha da şiddətlə başladılar çığırmağa. C.Məmmədquluzadə. Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran (f.is.) durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....