Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇƏRTMƏK

f 1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək. Həkim yaranı çərtib, irini çıxardı.
Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi.. Çəmənzəminli.
// Keçmişdə: qan almaq və b. məqsədlə bədənin bir yerini iti bıçağın ucu ilə azacıq kəsmək.
Misgərlik, zərgərlik və b. sənətlərdə xüsusi alətlə çərtik açmaq.
Yonmaq, ucunu itiləmək. Karandaşı çərtmək. - [Salmanov:] Mən heç yazmağa başlamamışam. Bayaqdan qələmi çərtirdim. S.Rəhman.
məc. Üstüörtülü danışmaqla sataşmaq, toxunaqlı söz atmaq; sancmaq. [Mirbalayev:] İkincisi də .. o nə sözdür, çərtirsən? İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....