Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇƏRƏKƏ

is. [fars.] köhn. Keçmişdə: mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı. Amma Xəlil özü bir küncdə əyləşib əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ə.Haqverdiyev. O zamanın təhsili də elə bundan ibarət idi: çərəkədən sonra ərəbcə Quran oxuyurdular, sonra fars klassikləri keçilirdi. Çəmənzəminli.
// din. Yasin, təlqin və s. yazılmış kitabça. Mollalar hazır olur dəfninə əldə çərəkə. M.Ə.Sabir.
// Şeir, yaxud mərsiyə dəftərçəsi; bayaz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....