Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇƏRÇİVƏ
is. [fars. çəhar çubə - dörd ağac] 1. Bir şeyi çərçivələmək, keçirmək üçün taxtadan və s.-dən qayrılmış dördbucaq və ya oval formada kənarlıq, qəfəs. Pəncərənin çərçivəsi. Alüminium çərçivə.
Qapı çərçivəyə bərk dəydiyindən geri dönüb yarımaçıq qaldı. M.İbrahimov. Alaqapının çərçivəsində elektrik zəngi düyməsi vardı. M.Rzaquluzadə.
Şəkil, yazı, güzgü kimi şeyləri bəzəmək və asıla biləcək bir hala salmaq üçün onların kənarlarına taxılan kənarlıq; haşiyə. Bahalı bir çərçivədə 50 yaşlarında gözəl, ziyalı paltarı geyinmiş bir kişi şəkli vardı. C.Cabbarlı. [Nizami:] Mən heç bir zaman Azərbaycan xalqının böyük varlığını Araz çayı ilə Kür çayı arasındakı dar bir çərçivəyə soxmaq istəyənlərə vətənpərəst deməyəcəyəm. M.S.Ordubadi. Bizi dünyanın o dar çərçivəsindən çıxarır; Dəli xallardakı hönkürtüyə dalmaqla Segah. B.Vahabzadə.
xüs. Maşının, qurğunun, konstruksiyanın əsas hissəsi; rama. Avtomaşının çərçivəsi.
Qaldırıcı val çərçivənin dayaqları üstündə qoyulmuş iki yastıq üzərində oturur.S.Quliyev.
məc. Bir şeyin həddi-hüdudu. Kitabın cildində qara çərçivə içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....