Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇƏNGİ
is. 1. Dəf çalıb oxuyan və göbək atmaq kimi rəqslər oynayan rəqqasə (başlıca qaraçı qızlardan olur). [Şəhrəbanu xanım:] [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, 0amaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə.
Əxlaqsız, həyasız qadın mənasında. [Ziba xanım:] Sənin [vəzirin] gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən. M.F.Axundzadə.
// Eyni mənada söyüş kimi işlədilir. [Məşədi Ağabanı Haf Səkinəyə:] Ağız, ay mütrüb, ay çəngi, mən sındırmalı qoz degiləm sındırasan! M.Əliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....