Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇƏLƏNG
is. Gül və ya bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək. Bu yaxında bir də ora qayıdaram mən; Bəxtiyarın qəbri üstə qoyarıq çələng. Ə.Cəmil. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə.
// Obrazlı təşbehlərdə. [Uluq bəy:] ..Mənə bax, gözümdən qəlbimi oxu; Sevgidən başıma bir çələng toxu.. A.Şaiq. Alovdan başına çələng taxmısan; Püskürüb çəmənə, çölə axmısan. N.Xəzri.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....