Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇƏKİNMƏK

f 1. Hər hansı bir səbəbə görə bir şeyi etməyə əli getməmək. [Pərzad:] Səndən [Bayramdan] çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərdlə özümü sağ qoymanam! M.F.Axundzadə. ..Ancaq [Gülpəri] Baharı aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. S.S.Axundov.
Ehtiyat etmək, saqınmaq, qorxmaq. ..İnmirə məhəlləsinin camaatı da Əlidən çəkinərdi və özü də bunu guya sevirlər, buna hörmət edirlər. N.Nərimanov. [Solmaz:]
Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm! C.Cabbarlı.
çəkinə-çəkinə zərf Ehtiyatla, qorxa-qorxa. Çəkinə-çəkinə danışmaq. - Xeyli sükutdan sonra özündən böyüklə danışırmış kimi çəkinə-çəkinə soruşdu: - Ağcanın dediyi gerçəkdirmi? İ.Məlikzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....