Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇƏKİ1
is. 1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı; vəzn. Taxılın çəkisi.
□ Çəki daşı - şeyləri çəkmək üçün ağırlıq ölçüsü kimi işlədilən müəyyən ağırlıqda cisim, tərəzi daşı. [Tahir] dəmir çarpayının altında cərgə ilə düzülmüş ağır çəki daşlarını götürdü.. M.Hüseyn.
// Ümumiyyətlə, ağırlıq. Binanın çəkisinin aşağı salınması hazırda - elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə çox vacib problemlərdən biridir. “Elm və həyat”.
məc. Əhəmiyyət, dəyər, sanbal, siqlət. Deyirəm, Sabirin vəznli şeri; Çəkidə nə yerə, nə göyə sığmır. B.Vahabzadə.
□□ Çəkidə (çəkicə) yüngül, qiymətdə (qiymətcə) agır- bax vəzncə yüngül, qiymətcə ağır (“vəzn”də) [Milyonçular] ..çəkidə yüngül, qiymətdə ağır əşyadan gəmilərdə əlaltı İrana keçirir, bir növ yır-yığış edirdilər. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....