Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇEVİK

sif. və zərf 1. Hərəkətində, davranışında çox cəld olan; diribaş, zirək, qıvraq. Nurəddin özünə görə bilikli, çevik bir uşaqdır. S.S.Axundov. ..Yurdun çevik, qıvraq qızları, oğlanları halay vurub yallı gedir, onlar da quşlar kimi səs-səsə verib günəşi, baharı, quşları salamlayırdılar.. M.Rzaquluzadə.
2. Yeyin, iti, cəld. Usta çevik addımlarla perrona çıxdı. M.Hüseyn. [Oğlanın] hərəkətləri cəld və çevikdir. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....