Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇEŞNİ
is. [fars.] 1. Şəkil, forma. Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli.
// Naxış. [Çopo] evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. Çəmənzəminli. ..Karxananın qoca nəqqaşı hazırladığı müxtəlif çeşnilər içərisində qızıl qönçələr olan nəqşləri həmişə Sürəyya üçün nəzərdə tutardı. Ə.Məmmədxanlı.
// Əndazə, nümunə, trafaret. Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi. Ə.Vəliyev.
Layihə. [Rəis:] Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı. Çəmənzəminli.
məc. Tərz, üsul. Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi.. E.Sultanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla