Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇAY2

is. Öz hövzələrinə düşən atmosfer yağıntılarından və ya bulaqlardan qidalanan və özü əmələ gətirdiyi yataqla axan çoxlu və fasiləsiz təbii su axını. Çayın sahili. Çayla başıaşağı üzmək. Çay üzərində körpü.
Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür. C.Məmmədquluzadə.
□□ Çay gəlməmiş (çaya çatmamış) çırmanmaq (soyunmaq) - vaxtından çox qabaq bir işi görməyə hazırlanmaq, tələsmək. Gözümüz o qədər qorxudulub ki; “Hələ çay gəlməmiş çırmanmışıq biz”. B.Vahabzadə. Çaya susuz aparıb, susuz gətirmək - çox hiyləgər, bic, zirək adam haqqında. Çayda balıq sövdası - həyata keçməsi qeyri-mümkün və ya şübhəli olan bir şey haqqında. ...çayda üzüaşagı (çayaşagı) axıdım, üzüyuxarı (çayyuxarı) axtarım - qarğış və ya istehza ifadəsi. [Xırdaxanım:] Sənin kimi kişini çayaşağı axıdım, çayyuxarı axtarım.. N.Vəzirov. [Telli Yazgülə:] Elə alimi çayda üzüaşağı axıdıb, üzüyuxarı axtarım. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....