Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇATMAQ1
f 1. Bir istiqamətdə gedərək nəzərdə tutulan yerə yetişmək; varmaq. Atlılar hələ dolamaları enməmiş, Məmməd bəylə Kiçikbəyim çaya çatmışdılar. Çəmənzəminli. [Qərənfil xala] poçta çatdı, sovqat yeşiyinin üstünü yazdırdı. Ə.Vəliyev.
// Eyni mənada qatar, gəmi, maşın, təyyarə və s. haqqında. Qatar stansiyaya çatdı. Təyyarə saat 2-də Moskvaya çatır.
// Göndərilən ünvana, yerə, şəxsə, sahibinə yetişmək. Teleqram sahibinə çatdı. - Əziz, mehribanım, çatdı məktubun; Nə qədər sevindik, bilsən, ürəkdən. M.Rahim.
İrəliyə doğru getməkdə olan bir adamın, maşının və s.-nin ardınca gedərək ona yetişmək, yetmək, özünü ona çatdırmaq. [Yusif:] Qara kəlin boynuna keçi piyi sürtməklə onun yerişini, gücünü artırmaq olmaz, onun ayağı ilə maşına çatmaq olmaz. Bayramov.
// Vaxtında yetişmək, varmaq, özünü çatdırmaq. Qatara çata bilmədim.
...yaşa qədər yaşamaq, yetişmək. Gəlingəlin oynayan Pərşan iyirmi bir yaşına çatıb, orta məktəb qurtarmışdı. M.İbrahimov. [Vahid:] [Anam] and içib, peyman elədi ki, mən iyirmi beş yaşına çatanda atam barədə hər şeyi mənə açacaqdır.. B.Bayramov.
Müəyyən saya, həddə yetişmək. On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. Məmmədquluzadə. ..Bəli, dostun qəbri üstə çatdı onun ömrü sona. B.Vahabzadə.
Kifayət etmək, bəs olmaq, yetmək; çatışmaq. Nadir maşın üstə su qaynatdı, çay dəmlədi və stəkan çatmadığı üçün qonşuya getdi. B.Talıblı. [Əminə xanım:] Nə baxırsız? Xoşunuz gəlir, atanızla, babanızla gəlin, yeyin, hamınıza çatar. Ə.Əbülhəsən.
Bir şeyin zamanı gəlmək, gəlib-yetişmək, gəlib-çatmaq. İllər bir-bir sovuşdu, gəlib çatdım yetmişə, hələ də rast gəlmədim; bir kəs ki, arzusuna doyumunca yetişə. R.Rza.
Qovuşmaq, yetişmək, birləşmək. [Rövşən] bilmədi nə eləsin, başına nə çarə qılsın. Qız olduğunu da açıb desə, tamam biabır olacaq, öz sevgilisinə çata bilməyəcəkdir. (Nağıl).
Məlum olmaq, qulağa çatmaq, bilinmək. Verdiyevə bir şey də aydın oldu; deməli, Vahidin məsələsiyuxarılara çatmışdır. Mir Cəlal.
Bərabərləşmək, bərabər olmaq, yetişmək, tay ola bilmək. Riyaziyyatda heç kəs ona çatmaz. [Çərkəz:] - Əyə, tez özünü yetir, deyəsən yaman zırpı balıqdır, gücüm çatmır. İ.Şıxlı.
Əlləri ilə bir şeyin ətrafını tutmaq, qucaqlamaq, qavramaq. [Həkim] qollarını boynuna çataraq, bərkgərnəşdi. Mir Cəlal. Sonra da gövdəsində qollarımı çatmışam; Onu bir ana bilib kölgəsində yatmışam. Z.Xəlil.
Başa düşmək, dərk etmək. Sözlərdəki məna, səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov.
Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: dadına çatmaq, gücü çatmaq, başa çatmaq, əl çatmaq, qulağına çatmaq və s.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....