Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÇAŞBAŞ

sif. və zərf Qarışıq, qatqarışıq, dolaşıq, çaş, çaşqın, çaşmış. [Şeyda:] Fikrim elə çaşbaşdır ki, Telli xala, avtobusları dəyişik salıb, sizin Göytəpə əvəzinə gedib çıxmışam Qaratəpəyə. Ə.Məmmədxanlı.
□ Çaşbaş qalmaq - nə edəcəyini bilməmək, qəti bir fikrə gələ bilməmək, fikri qarışmaq, çaş qalmaq, çaşbaş olmaq. [Rəşid:] Mən çaşbaş qalıb, Nailənin geniş açılmış gözlərinə, qanı qaçmış zərif dodaqlarına baxdım və küçəyə yüyürdüm. İ.Hüseynov. Çaşbaş qoymaq fikrini qarışdırmaq, çaş qoymaq, çaşdırmaq, qəti bir fikrə gəlməyə qoymamaq. Arvad bir az da cinləndi: - Ay qızım, bu də təzə qaydalar, təzə haqq-hesablar deyil ki, məni çaşbaş qoyasınız. Mir Cəlal. Çaşbaş olmaq - bax çaşbaş qalmaq. [Axund:] Özgə molla olsaydı, çoxdan çaşbaş olmuşdu. B.Talıblı. Çaşbaş salmaq - bir-birinə qarışdırmaq, bir-birindən ayırd edə bilməmək, çaş salmaq. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. İ.Şıxlı. Yoxsa yenə nömrələri çaşbaş saldın? - deyə Validə gülə-gülə soruşdu. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....