Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇAŞ
1. sif. Əyri, çəp. Çaş göz. Çaş baxış.
İki tərəfə baxan çaş olar. (Ata. sözü). Bağda maral çaş mələr; Çaş dolanar, çaş mələr; Mənim ahu-zarımdan; Dağ inildər, daş mələr. (Bayatı).
Bax çaşbaş. Rüstəm kişinin baxışları Şərəfoğlunun baxışları ilə çarpazlaşdıqda suala çaş cavab vermədi: - İcazə üçün gəlmişəm! M.İbrahimov.
□ Çaş qalmaq
b ax çaşbaş qalmaq. Lənət sənə kor şeytan, - deyə Alıxan ağa çaş qalır. S.Rəhimov. Xalıqverdi kişi çaş qalmışdı. Ə.Vəliyev. Çaş salmaq- bax çaşbaş salmaq. [Tahir:] Bəlkə çaş salıram, bəlkə bu, İmran dayının başqa qızıdır? M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla