Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇARPMAQ
f. 1. Zərblə, şiddətlə toxunmaq, dəymək, vurmaq. Kür nəhri sahildəki iri daşlara və sarı qayalara çarparaq hiddətlə çağlayırdı. A.Şaiq. Nəhayət, maşın iri qayalara çarparaq köpüklənə-köpüklənə axan çayın kənarına çatıb dayandı. İ.Əfəndiyev.
2. Bax çırpınmaq 1-ci mənada. Köksündə çarpardı polad ürəyi; Gözündə parlardı uca diləyi. A.Şaiq. Sən onun qəhrəman, igid oğlusan; Çarpan ürəyisən, vuran qolusan! S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....