Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇALIŞMAQ
f 1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək. Qalib gəlməyə çalışmaq. - Deyirdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev. Hələ pilləkəndən enərkən Qulu Bəhramın qoluna girib, onu dəstədən kənara çəkməyə çalışdı. Çəmənzəminli.
Fəaliyyət göstərmək, işləmək. Eldarın fikrinə görə fabrik-zavodlarda və istehsalatda faydalı bir surətdə çalışa bilmək üçün qadınların savadı, yüksək təhsili olmalı imiş. S.Hüseyn.
// dan. Bir vəzifə daşımaq, bir peşədə işləmək. Həştərxanda Zaqafqaziya Müsəlman İşləri Komissarlığında və “Hümmət” qəzetində çalışdığı bir ildən artıq müddətdə Ordubadinin əsərlərində günün vacib məsələlərinin izahı böyük yer tuturdu.
// dan. İşləmək, vəzifə daşımaq. Ehtiyat xala .. ipək fabrikində, boyaq-naxış sexində çalışırdı. Mir Cəlal.
// İşləyərək yaratmaq, hazırlamaq, yaradıcı əməklə məşğul olmaq (adətən “üzərində” sözü ilə). Dissertasiya üzərində çalışmaq.
□ Öz üzərində çalışmaq - öz biliyini, səviyyəsini, dünyagörüşünü artırmaq üçün müntəzəm məşğul olmaq, öz üzərində işləmək.
Zəhmət çəkmək, əmək sərf etmək, əlləşmək, iş görmək. Kimindir sabahdan axsama qədər; Yağışda, yağmurda çalışan əllər? S.Vurğun. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....