Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇAL
sif. 1. Başqa rənglə qarışıq boz rəng; açıq-boz və ya tünd-boz. Çal ayğır qulağını qırpıb adamların üstünə cumanda handa bir özündən deyən igid belə qabağında dura bilmir.. Ə.Vəliyev. Başında çalpapaq, çiynində xurcun; İldırım çaxırdı gözündən onun. B.Vahabzadə.
Ağarmağa başlamış, dən düşmüş. Qoca çal qaşları altında gizlənmiş gözlərini yarı qapayaraq şagirdinə qulaq asdı.. Ə.Məmmədxanlı. Ləzzətli düşbərəni iştaha ilə yeməyə başlayan usta çal bığlarını sığalladı. B.Bayramov.
□ Çal düşmək - ağarmağa başlamaq, dən düşmək.
Bitkisi az olan və ya heç olmayan; boz. Meşənin arasında çal qayalığın ayağı iki yana ayrılmışdı. S.Rəhimov. Çal təpələr, boz dağlar da xeyli uzaqdı; Nə mələyən cüyür vardı, nə qoyun-quzu.. Ə.Cəmil.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....