Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÇAĞIRMAQ
f 1. Birinin adını, yaxud təxəllüsünü, ləqəbini ucadan deyərək yanına gəlməsini, yaxınlaşmasmı, ya da cavab verməsini istəmək. Birdən: - Ərbab! - deyə, birinin arxamdan alçaq səslə məni çağırdığını eşitdim. S.Hüseyn. Mahirə .. durna boğazını yuxarı tutaraq çağırırdı: - Sarxan, Sarxan! M.Hüseyn.
Bir yerə dəvət etmək. Toya çağırmaq.
Ana Südabəyə yavaşca: - Qızım, Firidunu qonaq çağırsana, - dedi. M.İbrahimov. Qış tətilinə gələn bacısı qızı Zərifəni Qafar bu gün qonaq çağırmışdı. Ə.Əbülhəsən.
Mühüm bir işi görməyə dəvət etmək, cəlb etmək, ruhlandırmaq. Vətəni müdafiəyə çağırmaq. Düz yola çağırmaq. - Mənim də köksümdə bu səs bağırır; Hünərə, əməyə, işə çağırır. A.Şaiq. İlk söhbəti, ilk sözü yol açdı ürəklərə; Çağırıb insanları nurlu, aydın səhərə. R.Rza.
Adətən hərəkət bildirən bəzi isimlərlə birlikdə təklif etmək, tələb etmək mənasında tərkiblər əmələ gətirir. Sükuta çağırmaq. Sayıq olmağa çağırmaq. Tabe olmağa çağırmaq. Nizama çağırmaq.
İclas, müşavirə, kollegial orqan və s. üzvlərini məsələ həll etmək, məsləhətləşmək, bir qərar çıxarmaq üçün bir yerə yığmaq. İclas çağırmaq. - Müalicə komissiyasından qayıdan kimi Zahir büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. Mir Cəlal.
Çağırış vərəqəsi ilə birinin bir yerə gəlməsini xahiş və ya tələb etmək. Hərbi komissarlığa çağırmaq. - ..İndi Güldəstəni başqa bir milis şöbəsinə çağırmaq lazım gələcək. H.Seyidbəyli.
məc. Hava ilə oxumaq. Bayatı çağırmaq. - Aşıq gördüyünü çağırar. (Ata. sözü). [Əbdürrəhman bəy:] Əlinin ikisini də qoy qulaqlarının dibinə, gəraylı çağır. N.Vəzirov. [Balaqız:] Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Ə.Haqverdiyev.
məc. Arzu etmək, istəmək, həvəsində olmaq. İftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə dodaqları duanı vird eləyəndə ürəkləri də plov çağırır. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla