Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZURNA
is. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq. - Birdən qulağıma zurna səsi gəldi. S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir. Ü.Hacıbəyov. [Gülyaz] ..ordlarını şişirdib zurnada ceyranı havası çalan çalğıçıların qarşısında məharətlə oynardı. M.Hüseyn.
□□ Zurna bağlamaq - dalca danışmaq, söz qoşmaq, böhtan atmaq. Zurna çalınmaq məc. - aləmə yayılmaq, söz-sov getmək, haqqında cürbəcür şayiələr yayılmaq. [Qaradonlu] bir-iki söz də səndən qopardacaq, onda görəcəksən ki, kəndin arasında zurna çalınır. İ.Hüseynov. Zurna çalmaq məc. 1) vulq. boş, mənasız danışmaq, uzatmaq, baş-qulaq aparmaq; 2) şişirdərək aləmə yaymaq, şayiə yaymaq, aləmə car çəkmək. [Pullu Məhərrəm:] Qardaş, bu nə zurnadı camaat çalır? Aşıq Ələsgər. [Hacı Murad:] Zurna çalıb aləmə səs salmısınız ki, Hacı Muradın pulunu sandıqlar tutmur. S.S.Axundov. Zurnası sonraya qalıb - adətən pis nəticələnəcək, mənfi nəticələrə səbəb olacaq bir şey haqqında. Əlinə zurna vermək - yalan vədlər vermək. Zurnaya qoyub çalmaq - biabır eləmək, rüsvay eləmək, aləmə yaymaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....