Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ZÖHRƏ
is. [ər.] 1. astr. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera.
2. məc. Eşq ilahəsi (klassik poeziyada adətən gözəllik rəmzi kimi “Zöhrə ulduzu” şəklində işlənmişdir). Şəşəəsində məhv olur ay ilə gün bu gün Zöhrənin; Gör ki, nə aftabmış şol fələkin sitarəsi. Nəsimi. Müştəridir sənə Zöhrə fələkdə; Gecə-gündüz övsafını deməkdə. Q.Zakir. Susun artıq! Bu Zöhrə ulduzunu seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid. Zöhrə ulduzuna məftun olmuşsan; Sürürsən üstünə öz təyyarəni. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....